İdman 16:00 11.08.2022

Millimizin seçmə mərhələdəki oyunlarının tarixi dəqiqləşdi

Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının "Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadə xəbər verir ki, 27 avqust 5 sentyabr tarixlərində İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq.
 
Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
 
Səbuhi Həsənov