Xəbər lenti

Dünya 09:11 22.08.2023

Moskva ilə məsləhətləşmələr, "Starlink"in bağlanması - Jurnalist sirrləri açdı

Amerikalı milyarder və "SpaceX"in qurucusu İlon Mask "sülh planı”nın dərcindən az əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Ronan Farrou "The New Yorker" jurnalı üçün məqaləsində yazıb. 

Onun sözlərinə görə, Musk əvvəlcə qeyd-şərtsiz Ukraynanı dəstəkləyib, lakin müəyyən məqamda cəbhədə rabitə kəsilib və "SpaceX" Ukraynada "Starlink" peyk rabitəsi xidmətlərini maliyyələşdirməkdən imtina edib.

Mask həmçinin onun texnologiyasının hərbi məqsədlər üçün istifadə edilməsindən getdikcə daha çox narahat idi. Aspendə keçirilən konfransda o, Putini dəstəklədiyini açıq şəkildə bildirib. 

Maskla birlikdə "PayPal" şirkətini quran Reyd Hoffmanın sözlərinə görə, "SpaceX"in qurucusu "Biz danışıqlar aparmalıyıq. Putin sülh istəyir - biz Putinlə sülh danışıqları aparmalıyıq", deyib.

Bundan bir həftə sonra milyarder "Twitter"də yeni referendumların keçirilməsini və Krımın "təslim olmasını” özündə əks etdirən "sülh planı” dərc edib. "Həmin vaxt Maskın rəğbəti sanki döyüş meydanında özünü büruzə verdi. Bir gün ölkənin cənubunda irəliləyən Ukrayna qoşunları qəflətən gördülər ki, artıq peyklə əlaqə saxlaya bilmirlər", deyə müxbir yazır.

"Biz cəbhə xəttinə çox yaxın idik. O xətti keçdik və "Starlink" fəaliyyətini dayandırdı. Rabitə kəsildi, bölmələr təcrid olundu. Hücumda olanda, xüsusən komandirlər üçün batalyonlardan daimi məlumat axını lazımdır. Bu zaman komandirlər özünü riskə ataraq, radio rabitəsinin diapazonunda olmaq üçün meydan döyüşünə girməli idi”, deyə Mikola adlı əsgər - rabitə zabiti bildirib.

ABŞ və Ukrayna rəsmiləri "Farrow"a bildiriblər ki, onlar "SpaceX"in giriş sahələrini "mühasirəyə alaraq", geosensorlardan istifadə etməklə kommunikasiyaları bağladığına inanırlar.

Pentaqonda siyasət üzrə müdafiə nazirinin keçmiş müavini Colin Kahl İlon Maska zəng edərək, müqaviləni hazırlamaq üçün onlara bir neçə həftə vaxt verməsini xahiş edib. Cavabında isə milyarder ona "Əgər siz bu işə müdaxilə etsəniz, müharibə bitməyəcək", deyib.

"Mən belə nəticəyə gəldim ki, o, "Starlink"in Rusiyada Ukraynanın hərbi əməliyyatlarına kömək kimi baxılmasından əsəbiləşməyə başlayıb və Rusiyanın narahatlığını aradan qaldırmaq üçün bir yol axtarır", deyə sabiq nazir müavini əlavə edib.

Bundan əlavə, Mask Pentaqonun əməkdaşlarına Putinlə şəxsən danışdığını deyib. Başqa bir mənbəyə görə, Mask rusiyayönlü "plan”ın dərcindən bir neçə həftə əvvəl eyni bəyanatı verib və Kremllə məsləhətləşmələrinin müntəzəm olduğunu bildirib. Milyarderin özü isə Putinlə Ukrayna haqda danışdığını təkzib edib.

Pentaqonun yüksək rütbəli rəsmisi ilə telefon danışığında Mask noutbukuna baxdığını və "Starlink" fəaliyyət xəritəsi vasitəsilə "müharibənin baş verdiyi bütün əraziləri" görə bildiyini bildirib. Bundan 3 dəqiqə sonra isə o, "Putinlə əla söhbətim oldu" deyib.

Mask Kahla deyib ki, dinc məqsədlər üçün inkişaf etdirdiyi texnologiyanın müharibə üçün necə istifadə edilməsinin parlaq təsviri onu düşünməyə vadar edib. Sonda o, Pentaqona əlavə vaxt verməyə razılaşıb və ictimai etirazdan sonra fikrindən vaz keçib.

İyunun əvvəlində məlum olub ki, "SpaceX" Ukraynada "Starlink" xidmətləri üçün Pentaqon ilə müqavilə imzalayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->