"Dənizçilərə
Sosial Dəstək" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ön cəbhəyə
yardım aksiyası davam edir.
Bu
haqda Qaynarinfo-ya DSD İB-nin sədri, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli
məlumat verib:
"Dünən,
25.10 2020-ci il tarixdə DSD İB cəbhə bölgəsində oldu. Artıq 3-cü dəfədir ki,
İctimai Birlik olaraq cəbhəyə, əsgərlərimizə yardım aparırıq. İlk yardıml DSD təkbaşına
etsə də, sonrakı səfərimizdə əsasən xarici ölkələrdə çalışan dənizçilərimiz
çağrışımıza səs verdilər. Özləri vətəndən çox-çox uzaqda olsalar da, ailə üzvləri
və doğmaları vasitəsi ilə aldıqları sovqat paylarını DSD İB-nə çatdırdılar.
Xarici sularda üzən dənizçilərimizdən Nazim Həbibov, Ramiz Hüseynov, Valeh
Ağabalayev, Mehti Yusifov, Şakir Məmmədov, Qüdrət Məhərrəmov, Asəf Paşayev, İlqar
Əhədov əsgərlərimiz üçün bəzi zəruri mallar göndərilməsi işində iştirak edib.
Bundan əlavə, dənizçilərimizin tələbə və orta məktəb şagirdləri, azyaşlı nəvələrinin
əsgərlərə yazdıqları məktublar, çəkdikləri rəsmlər də hər birinin sovqatı
qablaşdırılmış qutularda yer alıb”.
Birlik
sədri onu da deyib ki, dünən gerçəkləşən səfərdə DSD İB nin əsgərlərə
apardıqları yardımlara bu dəfə xaricdə işləyən gəmi kapitanı Araz Sultan Həsənov
və baş mexaniklər Mehdi Yusifov və Malik
Mikayılov da yardım edib.
Yazıçı
Aləm Kəngərli və ailə üzvləri, dostları da cəbhəyə sovqat göndərmək üçün DSD ilə
əlaqə saxlayıb, hədiyyələrini çatdırılmasını xahiş ediblər.
Faiq
Balabəyli müxtəlif hərbi hissələrdə olduqlarını bildirib:
"Zabitlərimizdən
biri olunan yardımlar üçün təşəkkür etdi və onu da xüsusi olaraq vurğuladı ki,
bütün bunlara ehtiyac yoxdur, ordunun təminatı və təchizatı çox yüksəkdir. Amma
ayrı-ayrı adamların, təşkilatların əsgərlərlə görüşə gəlməsi döyüşçülərimizdə
xüsusi ruh yüksəkliyinə səbəb olur”.
Şərhlər