Xəbər lenti

Ekonomiks 15:04 26.02.2023

Naxçıvanda və Şuşada "ASAN Xidmət" fəaliyyətə başlayacaq

Naxçıvanda və Şuşada "ASAN Xidmət” mərkəzi açılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açıqlama verib.

Ülvi Mehdiyev bildirib ki, Naxçıvanda "ASAN Xidmət” mərkəzinin açılması ilə bağlı son tamamlanma işləri gedir: "Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə müvafiq işlər görür. Yəqin ki, bu il ərzində "ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq".

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, Şuşada inşa edilən "ASAN Xidmət”də işlər tamamlanmaq üzrədir: "Yaxın vaxtlarda Şuşada "ASAN xidmət”in açılması planlaşdırılır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->