"Son günlər koronavirus infeksiyasının artması müşahidə olunur. Əsas səbəb vətəndaşların karantin rejiminə əməl etməməsidir”.
Qaynarinfo-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, qapalı yerlərdə əhali qaydalara əməl etmir:
"Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır”.
O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:
"Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.
<iframe src="http://baku.tv/embed/19701" width="560" height="310" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">
Şərhlər