Xəbər lenti

İdman 14:47 06.09.2023

"Neftçi" bu futbolçuları icarəyə verdi

"Neftçi” 3 futbolçusunu bir il müddətinə icarəyə verib.
 
Qaynarinfo-nun məlumatına görə, bu müddətdə Vüsal Əsgərov və Seymur Əliyev "İrəvan”da, Xəyal Nəcəfov "Turan Tovuz”da çıxış edəcək. "Turan Tovuz”la icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə "Neftçi-2”nin düşərgəsindədir.

Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
 
Ötən mövsümdə əsas komandanın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə "Zirə”yə transfer olunub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->