Xəbər lenti

Dünya 15:33 24.07.2023

Norveç kommunist partiyasının lideri aeroportdan eynək oğurladığı üçün istefa verdi

Norveçin Rödt parlament partiyasının lideri Byornar Moksnes tutduğu vəzifədən gedir. Bundan əvvəl onun Oslo hava limanında Hugo Boss günəş eynəyini oğurladığı məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna yerli "Haugesunds Avis” qəzetinə istinadən yazır.

Moksnes Facebook-dakı paylaşımında Rödt pariyasının üzvü və deputat kimi qalacağını yazıb.

"Mən də əlimdən gələn hər şeyi etmək istəyirəm ki, həmkarlar ittifaqı üzvləri və bütün ölkə üzrə nümayəndələr siyasətdən danışa bilsinlər", - o yazıb.

Moksnes Oslo hava limanında Hugo Boss günəş eynəyinin oğurladığı aşkar edildikdən üç gün sonra, iyulun 3-də xəstəlik məzuniyyətinə gedib.

Oğurluq bu il iyunun 16-da Moksnes şəxsi səfərdə olarkən baş verib. O, özü bildirib ki, eynəyi mağazadan özü ilə götürdüyünü unudub, polis isə onun qəsdən eynəyi oğurladığını güman edir.

Keçirilən mətbuat konfransında Moksnes hadisəni biabırçılıq adlandırıb və üzr istəyib. Eyni zamanda partiyadakı bir neçə siyasətçidən dəstək alıb.
Daha sonra o, aeroport mağazasında baş verənlərlə bağlı izahatını da bir neçə dəfə dəyişib.

Rödt (Qırmızı Partiya) Norveçdə kommunist siyasi partiyadır. 2007-ci ildə Qırmızı Seçki Alyansı ilə Fəhlə Kommunist Partiyasının birləşməsi nəticəsində yaradılıb. Marksist partiya, solçu və ifrat solçu olaraq xarakterizə olunur.

Byornar Moksnes partiyaya 11 il rəhbərlik edib. 2021-ci ildə Norveç parlament seçkilərində Rödt 4,6% səs qazanaraq parlamentdə səkkiz yer qazanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->