Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi bir-birindən fərqli endirim kampaniyaları ilə alıcılarını noyabr ayında da sevindirib.
Marketlər şəbəkəsi ay ərzində "Təzə-tər mövsümlük meyvə-tərəvəz”, "Şipşirin endirim”, "Qənaətin vaxtıdır”, "Zəfər Günü endirimləri”, "Büdcə dostu həftəsonu”, "Xüsusi endirimlər”, "Həftəyə qənaətlə başla”, "Səbət-səbət endirim” adlı bir çox endirim kampaniyası həyata keçirib.
Kampaniyalar istehlakçıların xüsusi marağına səbəb olub. Belə ki, kampaniyadan yararlanan müştərilər yerli və dünya brendlərindən olan 200-dən çox məhsulu 70 faizədək endirimlə əldə ediblər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC 7000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.
Şərhlər