Video 14:06 30.05.2023

“OBA” “LAY'S AL, HƏDİYYƏ QAZAN!” müsabiqəsinin qaliblərini təltif etdi (VİDEO)

Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən yaxın və qonşu marketiniz "OBA” məşhur "Lay's” markası ilə əməkdaşlıq çərçivəsində baş tutan müsabiqəsinin mükafatlandırma mərasimini keçirib.

Qaynarinfo xəbər verir ki, 10-30 aprel tarixlərini əhatə edən "LAY'S AL, HƏDİYYƏ QAZAN!" müsabiqəsi "OBA Market” mobil tətbiqi üzərindən keçirilib. Müsabiqə şərtinə görə hər həftə ən çox alış-veriş edən 5 nəfər qalib seçilib. Qaliblər hər həftə Samsung 4K UHD 55 Smart TV, Sony PlayStation 5 oyun konsulu, BOSCH CLL2000W26-KIT kondisoner, Kenwood ətçəkən MG360, Braun Blender MQ 3045 Aperitive məhsullarına sahib olublar. Bundan başqa, 27 aprelədək ən çox "Lay's” məhsulları alışı edən şanslı müştəri əsas hədiyyə olan Çempionlar Liqası finalına 2 bilet əldə edib.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!