Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində Taitidə şortbord sörfinq yarışının yayımında balina görünüb.
Qaynarinfo xəbər verir ki, balina braziliyalı Tatyana Veston-Uebb və kosta-rikalı Brisa Hennessi arasında keçirilən yarımfinalda kamera qarşısına keçib. Balina sudan təhlükəsiz məsafədən çıxıb və idmançılara yaxınlaşmayıb.
Qeyd edək ki, bu yarışda amerikalı Karolin Marks qadınlar arasında Olimpiya çempionu olub. Kişilərin yarışında isə fransız Kauli Vaast qalib adını qazanıb.
Aydın
Şərhlər