Xəbər lenti

“Onlar təslim olan kimi əməliyyata son qoyuldu”
Siyasət 10:51 06.12.2023

“Onlar təslim olan kimi əməliyyata son qoyuldu”

"Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır”.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib.

"Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir”, - deyə dövlət başçısı vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->