Macarıstanın Baş Naziri Viktor Orban Donald Trampın ABŞ-da ikinci prezidentlik dövrünün başlaması ilə birlikdə "Brüsselin işğalını" hədəfləyən yeni bir hücum mərhələsinə başladığını bildirib.
Qaynarinfo xəbər verir ki, Orban bu fikri Macarıstanın Aİ sədrliyinin yekunlarına həsr olunmuş çıxışında ifadə
edib.
Orban əmin olduğunu bildirib ki, Donald Trampın prezidentliyi Avropada sağçı siyasi dəyişiklərin ikinci dalğasını sürətləndirəcək.
"Bir neçə saat sonra Brüsseldə günəş belə fərqli doğacaq. ABŞ-da yeni prezident, Brüsseldə böyük bir "vətənpərvərlər” fraksiyası, böyük həvəs – hamısı mövcuddur", – deyə Orban qeyd edib. O, öz siyasi qrupu "Avropa üçün vətənpərvərlər"i nəzərdə tutaraq vurğulayıb ki, bu qrupa Aİ ölkələrinin müxtəlif ultra-sağ partiyaları daxildir.
"Buna görə də böyük hücuma başlamaq olar. Mən bununla, Brüsselin işğalını hədəfləyən hücumun ikinci mərhələsinə start verirəm", – deyə Orbán əlavə edib.
Macarıstanın dekabrda başa çatmış Aİ sədrliyindən əvvəl, Orban "Brüsseli işğal etmək" məqsədindən danışırdı.
"Mənim planım Brüsseli tərk etmək deyil, onu işğal etməkdir. Macarıstanın kənarda, bir küncdə dayanmasını təklif etmirəm, əksinə oraya daxil olub, öz ideallarını, dəyərlərini, proqramını təqdim etməli və daha çox ölkəni bu istiqamətin doğru olduğuna inandırmalıdır", – o vurğulamışdı.
Orban iyunda keçirilmiş Avropa Parlamentinə seçkilər ərəfəsində də bu məqsədini təkrarlamışdı.
Bundan əvvəl Orban, Tramp ABŞ-da hakimiyyətə qayıdarsa, bir neçə şampan şüşəsini "işğal edəcəyinə” söz vermişdi.
Alpər
Şərhlər