Xəbər lenti

Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Ölkə 19:51 15.05.2024

Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”

"Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib”.


Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.


"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir”, - deyə o Azərbaycanla sülh prosesi haqqında danışarkən bildirib.


Paşinyanın diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib.


Mənbə: Sputnik



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->