Dünya 20:46 19.11.2022

Paşinyan və Şarl Mişel görüşdü (YENİLƏNİB)

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənitanın Baş naziri Nikol Paşinyanla görüşü haqqında yazıb.
 
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də paylaşıb.
 
"Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.

O Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.
 
 19:55

Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Qaynarinfo bu barədə "Sputnik Armenia”ya istinadən xəbər verir.

Məlumata görə, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub. 

Danışıqlar zamanı regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımların həyata keçirilməsinin vacibliyi vurğulanıb.