Pişiyinə zərər verdiyini əks etdirən videodan sonra istintaqa cəlb olunan "Vest Hem"in müdafiəçisi Kurt Zumanın hakim qarşısına çıxarılması qərara alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Pişiklərini təpiklədiyi videonun üzə çıxmasından sonra 27 yaşlı müdafiəçinin "Lazımsız yerə əziyyət vermə, himayəyə götürdüyü bir canlını xəstəlik və zədələrdən qoruya bilməmək" ittihamı ilə məhkəməyə gəlməsinə qərar verilib.
Zumanın məhkəməsi bu gün Londondakı "Temza Sülh Məhkəməsi"ndə başlayacaq. Həmçinin Zumanın videonu çəkən futbolçu qardaşı Yoan da məhkəmə qarşısına çıxacaq. Fevralda görüntülər sosial mediada yayıldıqdan sonra Essex polisi futbolçuya qarşı araşdırmalara başlayıb. Üstəlik o, klubu tərəfindən 250.000 funt-sterlinq məbləğində cərimələnib.
Hadisədən sonra İngiltərədə Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) yaralı pişiyi fransız futbolçunun əlindən alaraq hmayəyə götürüb.
Səbuhi Həsənov
Şərhlər