Dünya 16:45 30.06.2022

Polis rəisi erməni “qəhrəman"ın atasını vurdu, ara qarışdı - İrəvanda aksiya

44 günlük müharibədə ölən erməni əsgərlərin yaxınları bu gün Ermənistan Baş Prokurorluğun qarşısına toplaşaraq baş prokurorla görüş tələb ediblər.

Qaynarinfo xəbər verir ki, prokurorluğun həyətinə toplaşan valideynlər müharibədən iki ilə yaxın vaxt ötsə də, açılan cinayət işində heç bir irəliləyiş olmadığını bildiriblər və baş nazir Nikol Paşinyanı tənqid ediblər.

"Burada belə durduqları üçün özlərini qəhrəman hiss edirlər. Sualllarımıza cavab versinlər”, deyə ölən hərbçilərin yaxınları bildirib.

Bir neçə saatdan sonra baş prokuror Artur Davtyan onlarla görüşüb. Görüş çox qısa davam edib.

Baş Prokurorluğun binasından çıxandan sonra valideynlər baş prokurora sual vermədiklərini, lakin Nikol Paşinyana qarşı cinayət işinin başlanmasını və bunun İstintaq Komitəsi tərəfindən deyil, məhkəmə tərəfindən aparılmasını tələb etdiklərini bildiriblər. Onlar baş prokurora bir gün vaxt verdiklərini bildiriblər.

Aksiyaya yekun vuran hərbçilərin yaxınları bundan sonrakı mübarizələrini fərqli formatda davam etdirəcəklərini, çadırları bu gün Azadlıq meydanından yığacaqlarını bildiriblər.

Polis rəisi Roman Baqdasaryan erməni "qəhrəman"ın atasını vuraraq yerə yıxıb. Bundan sonra vəziyyət daha da qızışıb və valideynlər Baqdasaryanı "Nikolun iti" adlandıraraq, şüarlar səsləndiriblər.

Telman