"Düşünürəm
ki, Azərbaycan ordusu əsas hədəflərə çatandan sonra məhz bu format işə düşəcək”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın "Sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır”
fikrini şərh edərkən deyib. Politoloq Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu bildirib:
"Əslində
mən də illərdir deyirəm ki, Minsk Qrupu işə yaramır. Bu məsələdə 2+2 formatı
keçərlidir. Qarşı duran tərəflər - Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə...
Ərdoğan bunu qətiyyətlə vurğulayıb ki, danışıqlarda Ermənistan Rusiyanı istəyirsə,
Azərbaycan da Türkiyəni tələb edir. Bu normaldır. Bundan əlavə, Ərdoğan önəmli
bir fikir də söyləyir ki, Rusiya bu təklifin əleyhinə çıxmır. Həqiqətən Rusiya
Prezidenti Vladimir Putinə bu barədə sual veriləndə bildirdi ki, format dəyişilə
bilər. Yəni, faktiki Putun də bunu əlehinə deyil”.
Elxan
Şahinoğlu hesab edir ki, bu proses Ermənistanın istəyib-istəməməsindən asılı
deyil:
"Məsələni
onlar həll etmir. Burada məsələni həll edən iki böyük güc var - Rusiya və
Türkiyə. 2+2 formatı işə düşəcək. Yəni, Azərbaycan, Ermənistan, Türkiyə və
Rusiya. Bu format əsasında danışıqlar aparıla bilər”.
Qeyd
edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində bunları deyib:
"ATƏT-in
Minsk Qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələb irəli sürür.
Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif
edirik. Bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə
də olmalıdır”.
Bahar
Rüstəmli
Şərhlər