"Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və
açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyətə
narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin”.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a politoloq
Elxan Şahinoğlu son zamanlar ölkədə baş verən dəyişikliklərlə bağlı danışarkən deyib.
O bildirib ki, müşahidə olunan proses artıq geri dönüşü
mümkün olmayan siyasətdir. Bundan başqa, kadr islahatının əsas mənası həm də
odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin
və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativinin olmadığını
prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur.
Prezidentin siyasətində başqa bir yenilik də var:
"Prezident İlham Əliyev məmurların qəbulunu ictimaiyyət üçün
açıq keçirir. Problemləri sadalayır, hər dəfə ictimai nəzarətin vacibliyini
vurğulayır, medianın rolunu qeyd edir. Qəbullarında və müşavirədə büdcə layihəsindəki
şişirdilmiş rəqəmlərdən danışır, bunu ifşa etməyə çağırır. Televiziya yayınları
zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detalardan belə
məlumatlı olduğunu büruzə verdi. Prezident konkret icra başçısının və hansısa məmurun
doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki prezident alternativ məlumatlar
əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.
Buna baxmayaraq, bəzi məmurlar öz istəkləri ilə istefa vermək
istəmirlər. Məmurlar arasında yaşı 70-i keçənlər az deyil. Digər tərəfdən,
parlamentdə 70 yaşdan yuxarı olan deputatlar da var. Prezidentin çağırışı bir
neçəsi istisna olmaqla, onların da əksəriyyətinə aiddir. Ancaq deputatların bir
hissəsi 2020-ci ildə də parlament seçkisində iştirak etmək istəyir. Bunu hətta
meydan oxumaq kimi açıq bəyan da edirlər. Həmin deputatlar bununla öz mövqelərini
qorumaq istəyirlər. Yaşlı deputatların bir hissəsi bu yolla topladıqları
bizneslərini qorumağa çalışırlar. Məncə, onlar müqavimət göstərmədən siyasətdən
uzaqlaşsalar, dövlətə və millətə xeyir vermiş olarlar".
Politoloq hesab edir ki, prezident parlamentin də tərkibinin
dəyişməsini istəyir. Çünki mövcud tərkibin əksəriyyəti yeni tələblərə cavab
vermir:
"Deputatların bir çoxu passivdir, çıxış etmirlər, çox az
hissəsi istisna olmaqla, beynəlxalq səviyyədə ölkəmizi yaxşı təmsil edə bilmirlər,
dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin
deputatların daha fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb”.
E.Şahinoğlu onu da deyib ki, keçmiş illərdə parlamentin tərkibinin
müəyyənləşdirilməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz
Mehdiyev ciddi rol oynayırdı və onun seçimdə üstünlük verdiyi meyarlar fərqli
idi:
"Ramiz Mehdiyev vəzifədən getdi. Deməli, 2020-ci ildəki
parlament seçkisinə Ramiz Mehdiyev qarışa bilməyəcək, seçkinin keçirilməsinə və
nəticələrinə də bu faktor təsir edəcək. Onun parlamentdəki tərəfdarlarının
yerinə başqaları mandat əldə edəcək”.
Şərhlər