Xəbər lenti

Portuqaliya millisinə yeni baş məşqçi təyin edildi
İdman 19:15 09.01.2023

Portuqaliya millisinə yeni baş məşqçi təyin edildi

İspaniyalı Roberto Martines futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi təyin edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin baş məşqçisi kimi keçirdiyi ilk mətbuat konfransında Roberto Martinez yeni komandasına taktiki çeviklik aşılamaq istədiyini söyləyib. Onun fikrincə, Portuqaliya topsuz mütəşəkkil oynamalı və oyuna nəzarət etməlidir.

49 yaşlı mütəxəssis yaxın günlərdə məşqçilər korpusunun tərkibi ilə bağlı qərar verəcəyini də bildirib. Roberto Martinez, "beynəlxalq karyerası olan keçmiş Portuqaliyalı oyunçunu" köməkçi məşqçi kimi görmək istədiyini söyləyib.

Xüsusilə, millinin yeni çalışdırıcısı portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldonun millidəki perspektivlərindən danışıb.

"Mümkün qədər tez portuqal dilini öyrənməyə çalışacağam. Dünyanın ən istedadlı komandalarından birində olduğum üçün xoşbəxtəm. Təklifi alanda anladım ki, bu, məni motivasiya edən layihədir.

Kristiano Ronaldoya güvənirəmmi? Bəli. Bütün futbol qərarları yerində qəbul edilir. Mən ofisdə qərar qəbul etmirəm. Futbolçularla tanış olmaq, hamı ilə danışmaq istəyirəm. 2022-ci il Dünya Kuboku heyətindən 26 oyunçu başlanğıc nöqtəsidir və Kristiano da onlardan biridir.
O, 19 ildir milli komandadadır və hörmətə layiqdir. Onunla ilk oyuna 10 həftə qalmış necə daha yaxşı komanda qurmağı müzakirə edəcəyik. Sabahdan işə başlayacağıq”, deyə Martinez bildirib.

Roberto Martinez yarımmüdafiəçi kimi İngiltərənin "Uiqan Atletik" və "Suonsi Siti" klublarında çıxış edib. 2007-ci ildə futboldan ayrılıb və məşqçi karyerasına başlayıb. Məşqçi olaraq o, "Suonsi Siti” klubunu İngiltərə Futbol Liqasının birinci divizionuna (Champioship)  yüksəldib və "Uiqan Atletik" ilə İngiltərə Kubokunu qazanıb.
2016-cı ildə Roberto Martinez Belçika millisini çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında üçüncü yeri tutub. Qətərdə keçirilən dünya çempionatında Belçika komandası play-offa yüksələ bilməyib, bundan sonra Roberto Martinez istefa verib.

Dekabrın 15-də Portuqaliya Futbol Federasiyası Fernandu Santuşla əməkdaşlığa son qoyduğunu açıqlayıb. Qətərdə keçirilən dünya çempionatında onun rəhbərliyi altında Portuqaliya yığması Mərakeşə 0:1 hesabı ilə uduzaraq 1/4 finalda dayanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->