İdman 10:52 25.01.2023

Premyer Liqada bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında 19-cu tur davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Əvvəlcə "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 2 dəfə üz-üzə gəlib. Əvvəlki matçlarda "Qarabağ" qələbə qazanıb - 3:0, 2:0. "Turan Tovuz" nə xal qazanıb, nə də qol vurub.

Daha sonra "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bunadək Premyer Liqada 29 dəfə qarşılaşan kollektivlərin duelində paytaxt təmsilçisi 15, sumayıtlılar isə 6 dəfə qalib gəlib. 8 görüş bərabərliklə başa çatıb. Topların nisbətində də bakılıların üstünlüyü var - 37:21. "Zirə" son 9 oyunda uduzmayıb. "Sumqayıt" isə son 8 görüşdə qol vurmayıb.

Azərbaycan Premyer Liqası, XIX tur, 25 yanvar

14:00. "Turan Tovuz" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR hakimləri: Rəşad Əhmədov, Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu

16:30. "Zirə” - "Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev
VAR hakimləri: Vüqar Həsənli, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu

Turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Azərbaycan Premyer Liqasında 19-cu tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

"Qarabağ" - 50, "Sabah" - 43, "Neftçi" - 38, "Zirə" - 28, "Qəbələ" - 26, "Turan Tovuz" - 17, "Kəpəz" - 13, "Şamaxı" - 13, "Sumqayıt" - 12, "Səbail" - 10

Səbuhi Həsənov