Xəbər lenti

Siyasət 13:11 20.12.2023

Prezident seçkilərindən sonra idarəetmədə hansı dəyişikliklər olacaq?

"Milli Məclisin tərkibində dəyişikliyin olması ehtimalı var, lakin bu məsələ referendumla həll edilə bilər. İcra hakimiyyəti, o cümlədən yerli icra hakimiyyəti sistemlərində də bir çox dəyişikliklər ola bilər. Artıq belə islahatların zamanı yetişib".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli prezident seçkilərindən sonra idarəetmədə olması gözlənilən struktur dəyişiklikləri barədə danışarkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, seçkilərdən sonra idarəetmədə hansı struktur dəyişikliklərin olub-olmayacağını Prezident müəyyən edəcək:
 


"Hələ ki, bu barədə bir açıqlama yoxdur. Təbii ki, prezident seçkilərindən sonra Nazirlər Kabineti istefaya getməlidir. Bu fonda həmin qurumda struktur və kadr dəyişiklikləri də baş verə bilər. Orada müəyyən struktur dəyişikliklərin baş verməsi hüquqi cəhətdən tamamilə mümkün olan məsələdir. Bir 

sıra məsələlər var ki, Konstitusiya dəyişikliyi tələb edir. Məsələn, Nazirlər Kabinetinin ləğvi məsələsi ancaq əsas qanuna edilən dəyişiklikdən sonra reallaşa bilər. Amma konstitusion dəyişikliyə getmədən də icra hakimiyyəti sistemində xeyli dəyişiklik etmək mümkündür. Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb, fəaliyyət göstərir. Onun nə dərəcədə effektiv olub-olmadığını isə dəqiqləşdirmək olar. Hesab edirəm ki, icra hakimiyyəti sistemində vahidlik tam şəkildə təmin olunmalıdır. Bir-birini əvəz edən, oxşar funksiyaları yerinə yetirən qurumların olmasına ehtiyac yoxdur. Bu mənada, seçkilərdən sonra müəyyən dəyişikliklərin olmasını təbii hesab edirəm".

Qeyd edək ki, deputat Vahid Əhmədov növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda bir sıra struktur dəyişikliklərinin həyata keçirilməli olduğunu deyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->