Litva prezidenti Gitanas Nauseda Rusiyanın təcavüzü ilə mübarizədə Ukraynaya hər cür dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb.
Nauseda Rusiyanın Ukraynaya çoxsaylı insan tələfatı və yaralanması ilə kütləvi raket hücumunu belə şərh edib.
"Ukraynadakı müharibədən bezdiyini deyən hər kəs üçün bu, terrorçu Rusiyaya onun qəddarlığının və qana susamasının həddi-hüdudunun olmadığını xatırladır”, - Litva prezidenti vurğulayıb.
Dekabrın 29-na keçən gecə Rusiya Ukraynaya kütləvi hücuma keçib. Kiyev, Xarkov, Dnepr, Odessa, Lvov, Zaporojye və başqa şəhərlər hücuma məruz qaldı. Ölənlər və yaralananlar var.
Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Federasiyası sərəncamında olan demək olar ki, bütün növ silahlardan istifadə edib.
Bundan əvvəl Rusiyanın hücumunu ABŞ-ın Ukraynadakı səfiri və Latviya prezidenti pisləyib.
Böyük Britaniyanın Ukraynadakı səfiri Martin Harris Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarının hərbi cinayət olduğunu bildirib.
Estoniyanın baş naziri Kaja Kallas isə bildirib ki, Rusiyanın Ukraynaya kütləvi raket hücumu Kremlin Ukraynanı məhv etmək məqsədlərinin dəyişmədiyini xatırladır.
Alpər
Şərhlər