Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərin nəticələrini bilməyincə Ukrayna ilə sülh bağlamayacaq.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmi nümayəndəsi
bildirib.
Onun açıqlamaları keçmiş prezident Donald Trampın potensial qələbəsinin Qərbin Kiyevə dəstəyini dəyişdirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda səslənir.
Dövlət Departamentinin nümayəndəsi NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Alyans gələn il sülh sazişinin əldə olunması ehtimalının az olduğunu bilə-bilə Ukraynaya dəstəyini bir daha təsdiqləyib.
"Mən ehtimal edirəm ki, Putin seçkilərimizin nəticələrini görmədən sülh bağlamayacaq", deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.
Onun şəxsi fikrini, yoxsa ABŞ hökumətinin fikrini ifadə etdiyini soruşduqda, rəsmi bunun "geniş şəkildə bölüşülən əsaslanma" olduğunu deyib.
"Məhz bu kontekstdə bütün müttəfiqlər NATO-nun iclasında Ukraynaya güclü dəstəyini ifadə etdilər” deyən rəsmi Trampın adını çəkmədən və ya seçkinin nəticəsinin Ukraynaya verilən dəstəyə necə təsir edəcəyini açıq şəkildə bildirməyib.
Nizami Bağırov
Şərhlər