Rusiya
Prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd olunduqdan sonra Cənubi
Koreyanı ziyarət etməyə hazırdır.
Qaynarinfo
xəbər verir ki, bu haqda Cənubi Koreyalı həmkarı Mun Çje İnə ölkələr arasında
diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə telefon danışığında o özü
deyib.
"Mən
şəxsən Rusiya peyvəndi etdirib gələcəyəm", - Putin deyib.
Dövlət
başçıları Seul və Moskva arasındakı münasibətlərin inkişafını ətraflı müzakirə
etmək niyyətindədirlər. Tərəflər indi əsasən azad ticarət xidmətləri, sərmayələr
və Cənubi Koreyalı müəssisələr üçün Primoryedə sənaye zonası yaradılması barədə
danışıqlar aparırlar.
Alpər
Şərhlər