Rusiya prezidenti Vladimir Putin strateji müəssisələr siyahısına daxil olan şirkətlərin, eləcə də istilik və elektrik enerjisi istehsal və təmin edən şirkətlərin səhmlərinin alqı-satqısı üzrə əməliyyatları qadağan edən fərman imzalayıb. Bu fərman Rusiyanın enerji bazarında Avropa şirkətlərinin iştirakı ilə iki böyük sövdələşməni bir anda pozub.
"Kommersant”a yazır ki, İtaliyanın "Enel” və Finlandiyanın "Fortum” şirkətləri bundan sonra Rusiyada qalmağa və öz bizneslərini zorla inkişaf etdirməyə məcbur
olacaqlar.
Fərmana əsasən, bəyan edilən sahələrdə bütün əməliyyatlar 2022-ci il dekabrın 31-dək yalnız prezidentin razılığı ilə həyata keçirilir. Yeni tələbə görə, İtaliyanın "Enel” şirkəti, rus tərəfdaşları - "Lukoil” və "Qazprombank-Freesia” fondu tərəfindən satın alınmağa hazır olan "Enel Rossii” şirkətinin nəzarət paketini sata bilmədi.
"Enel” Rusiya şirkətinin səhmlərinin 56,43%-ni 135 milyon dollara satacağını gözləyirdi. "Enel Rossii” şirkəti Rusiyada 5,6 QVt gücündə üç hidroelektrik stansiyasına sahibdir.
Eyni aqibət Rusiya bazarını tərk etmək və 98,25%-ə sahib olduğu "Fortum” generasiya şirkətini satmaq istəyən Finlandiya "Fortum”unun başına gəlib. Rusiyada Fin şirkəti geniş aktiv portfelinə malikdir: yeddi istilik elektrik stansiyası, üç günəş və bir külək elektrik stansiyası, həmçinin TGK-1-də paya malikdir.
Bundan əlavə, şirkət "Unipro”nun Rusiyadakı səhmlərinin 83,73%-nə (11 QVt üçün beş QRES) sahib olan Alman "Uniper” şirkətinin səhmlərinin 73,4%-nə sahibdir. Eyni zamanda, "Uniper” də "Unipro”nu satmaq üçün imkanlar axtarırdı, lakin bütün danışıqlar gizli aparılıb. "Qazprombank”, "Sistema” SMK və "Invest AG” "Fortum”un aktivlərinə ("Uniper”dəki pay istisna olmaqla), "Qazprom Energoholding”, "Inter RAO” və "Sistema” SMK "Uniper”in aktivlərinə iddia ediblər. Üstəlik, "Fortum”un 75 milyard rubl məbləğində borcunu ödəmək tələbinə və Avropa avadanlıqlarına xidmət göstərilməsi ilə bağlı potensial problemlərə baxmayaraq, finlərin aktivlərinə tələb çox yüksək olub.
Nəşrin enerji bazarındakı mənbələri qeyd edir ki, əslində prezidentin fərmanı Avropa şirkətlərini təkcə Rusiyada qalmağa deyil, həm də bizneslərini inkişaf etdirməyə və dəstəkləməyə davam etməyə məcbur edir, çünki onların sadəcə olaraq biznesi kiçiltmək hüququ yoxdur: qanuna görə enerji infrastrukturu inkişaf etdirilməlidir və biznesin dayandırlması "Fortum” və "Enel” üçün böyük cərimələrə səbəb ola bilər.
Vladimir Putin avqustun 5-də "müəyyən xarici dövlətlərin və beynəlxalq təşkilatların dost olmayan hərəkətləri ilə əlaqədar maliyyə və yanacaq-energetika sektorunda xüsusi tədbirlər haqqında” fərman imzalayıb. Sənəd sistem əhəmiyyətli sahələrdə "dost olmayan ölkələrdən” olan əcnəbilərin səhmləri ilə əməliyyatları qadağan edir, istisnalar yalnız prezident tərəfindən təsdiqlənə bilər.
Nizami Bağırov
Şərhlər