Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.
Bu barədə sənətçinin oğlu Tural Abdullayev "Qafqazinfo”ya məlumat verib.
Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:
"Gəncədəki, özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.
Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.
Şərhlər