XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qalatasaray" Kadıköydə "Fənərbağça"nı darmadağın etdi
İdman18:46 08.01.2023

"Qalatasaray" Kadıköydə "Fənərbağça"nı darmadağın etdi

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.
Qaynarinfo-nun məlumatına görö, XVIII tur çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.
Yeni ilin ilk derbi qarşılaşmasında qonaq komanda meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.
"Qalatasaray"ın heyətində Serjio Oliveira (32-ci dəqiqə), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.
"Qalatasaray” bu qələbədən sonra 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Ondan dörd xal geri qalan "Fənərbağça” ikinci pillədə qərarlaşıb.