"Türkiyəyə
edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb
olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır”.
Qaynarinfoxəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə
görə, siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrindən gələn xarici sərmayənin
həcmi də azalmaqdadır:
"Ötən illə müqayisədə qardaş ölkədə birbaşa
xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir
göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa
siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq
mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiya tətbiqinin
mümkünlüyü də müzakirə olunur. Türkiyənin cəlb etdiyi birbaşa xarici invesitisiyaların
cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür”.
Deputat
xarici ölkələrə sərmayə yönəldən sahibkarları daha çox Türkiyəyə investisiya
etməyə çağırıb:
"Haqq
işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də
sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları
böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına
yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş
adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin bir millət, iki dövlət birliyinə
hamımız töhvə verək”.
Bahar
Rüstəmli
Şərhlər