Xəbər lenti

İdman 19:07 24.02.2024

"Qarabağ"ın üzvü Türkiyə nəhənginin hədəfində

"Qarabağ"ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.

Bu məlumatı Türkiyənin "Fotospor" nəşri yayıb. 

Məlumata görə, "Fənərbağça"nın skautları Azərbaycana gedib. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izləyiblər. İstanbul klubunun braziliyalı hücumçu üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından "Qarabağ"da oynayır.//Offsideplus.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->