İdman 22:51 21.05.2022

"Qarabağ" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, XXVIII turun sonuncu oyununda çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.

57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.