İdman 14:10 16.03.2023

"Qarabağ" - "Qalatasaray" matçına 2 saat ərzində görün nə qədər bilet satılıb

"Qarabağ” – "Qalatasaray” oyununa bilet satışı davam edir.

Qaynarinfo xəbər verir ki, klublar arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb. 2 saat ərzində 25 min bilet satılıb.

Qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişən biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən, "Park Bulvar”da yerləşən "Qarabağ” FK-nın Fan-Şopundan, həmçinin "iticket.az" portalından əldə etmək mümkündür.

Xeyriyyə matçında əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
 
Səbuhi Həsənov