Xəbər lenti

İdman 12:26 12.02.2024

"Qarabağ" rusların təklifinə nə cavab verəcək? - Rəsmi açıqlama

Bildiyiniz kimi, Rusiya Futbolçular İttifaqının baş katibi Nikolay Qrammatikov Şərqi və Cənubi Avropa ölkələrinin klublarının iştirakı ilə vahid liqa yaradılmasını müzakirəyə çıxarıb.

Artıq Türkiyə, Yunanıstan, Xorvatiya, Rumıniya, Azərbaycan, Serbiya və Bolqarıstan təmsilçiləri ilə təmasa keçilib.

ÇSKA, "Spartak”, "Lokomotiv”, "Zenit”dən başqa, "Panatinaikos”, AEK, PAOK, Zaqreb "Dinamo”su, "Styaua”, "Partizan”, "Srvena Zvezda”, "Levski”, "Qarabağ” və "Trabzonspor”a liqaya qatılmaq istəyib-istəməmələri ilə bağlı sorğu göndərilib.

Görəsən, Ağdam təmsilçisi bu təklifi necə dəyərləndirəcək? "Qarabağ" bu turnirdə iştirak etmək istəyir? Klubun baş meneceri Asif Əsgərov Offsideplus.az-a açıqlamasında bunları deyib:

"Məsələ ilə bağlı hansısa məlumatım yoxdur. Bizə bununla bağlı müraciət daxil olmayıb. Təklif gəlsə, cavabımız necə olacaq? Ehtimallar üzərində danışmaq düzgün deyil. Müraciət edilsə, müzakirə edərək cavablandıracağıq. Təklifə əsasən biləcəyik ki, turnir UEFA tərəfindən tanınan olacaq, ya yox. Qurum yarışın keçirilməsini təsdiqləyəcək. Buna uyğun cavab verilməlidir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->