"Dağlıq” Qarabağda vəziyyətin müsbət irəliləyişinə müəyyən ümidlər var.
Qaynarinfo
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Qarabağda humanitar və hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Humanitar böhran davam edir, eyni zamanda hakimiyyət Qarabağdan olan həmkarları ilə daim təmasdadır. Bu gün səhər aparılan müzakirələrin nəticələrinə əsasən, baş nazir müsbət irəliləyişin olacağına ümid bəsləyir. Məsələ ondadır ki, Qarabağ sakinləri öz evlərinə qayıtmaq üçün real imkan əldə edə bilərlər.
"Lakin eyni zamanda başa düşmək lazımdır ki, vəziyyət dinamik şəkildə dəyişir. Aydın məlumat və vəziyyətin inkişaf dinamikasını başa düşmək vacibdir. Humanitar vəziyyətin yaxşılaşmasına ümid var. Bu gün Qarabağa daha bir neçə humanitar yardımın daxil olması mümkündür”, - o qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilməli olan müəyyən razılaşmalar var. Hələlik Paşinyan bunun baş verib-verməyəcəyini deyə bilməz, çünki vəziyyət daim dəyişir.
Alpər
Şərhlər