Xəbər lenti

Qəbul olunan Rəqabət Məcəlləsi iqtisadi münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
Ekonomiks 18:38 02.10.2023

Qəbul olunan Rəqabət Məcəlləsi iqtisadi münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"Burada əsas məsələ cəzaların sərtliyi deyil, onun hamıya eyni qaydada tətbiq olunmasıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsi layihəsində rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiyaların tətbiq edilməsindən danışarkən deyib. 

Ekspert bildirib ki, hazırda "Antiinhisar fəaliyyəti haqqında" qanun və "Haqsız rəqabət haqqında" qanunda bu sanksiyalar öz əksini tapıb:

"Kimsə inhisarçılıq edirsə, haqsız rəqabətə yol verirsə onlara qarşı cərimələr olur. Haqsız rəqabətin də formaları  çoxdur. Hazırda mövcud olan Haqsız Rəqabət haqqında, həm də Rəqabət Məcəlləsi layihəsində də bu məsələlər əksini tapıb. Bunlara görə müxtəlif cərimələr var. Yeni  Məcəlləyə görə necə olacaq, hansı məbləğdə sanksiyalar olacaq, onu zaman göstərəcək”. 



Ekspert qeyd edib ki, burda şəffaflıq olmalıdır:

"Burada əsas məsələ onların sərtliyi deyil, hamıya eyni qaydada tətbiq olunmasıdır. Buna görə də şəffaflıq olmalıdır. Antiinhisar və haqsız rəqabət məsələləri rəqabət orqanı tərəfindən qeyri-şəffaf şəkildə müəyyən edilməməlidir. Tam şəffaflıq olmalıdır. Bu, olmayacaqsa, reallıqda yalnız kimlərəsə sərf etməyən şirkətləri cəzalandırmaq, bazardan çıxaratmaq və son nəticədə inhisarçılıq, haqsız rəqabətə qulluq edən birinə çevrilə bilər. Məsələn, hansısa məmurların öz şirkətləri və dövlət şirkəti var. Məmurlar onu qoruyur, onun haqsız rəqabətçiliyinə, inhisarçılığına göz yumurlar. Amma onunla rəqabət aparanlara qarşı sərt tədbirlər görülə bilər. Buna yol vermək ən təhlükəli bir şeydir”. 

Əkrəm Həsənov hesab edir ki, burada ən maraqlı nüans rəqabət orqanının kim olmasıdır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->