Siyasət 18:06 14.11.2023

Qərbin “Azərbaycan təhlükəsi” təbliğatı nədən xəbər verir? (ŞƏRH)

Ermənistanda Avropa İttifaqının Monitorinq Missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var. APA xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Ermənistanda yerləşdirilən sərhəd monitorinq missiyasını genişləndirmək qərarını şərh edərkən deyib.

Siyasi təhlilçilər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı rəsmiləri Rusiya əleyhinə yeni siyasi oyunlara başlayıblar.

Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayının Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi ilə əsaslandırmağa çalışıb. Lakin rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edir və onun ərazisinə daxil olmaq fikri yoxdur. Azərbaycanın hərbi və diplomatik potensialının yüksəlməsi kimlərisə narahat edir. Lakin Prezident İlham Əliyevin də açıqladığı kimi, Azərbaycanın Ermənistan ərazisinə irəliləmək kimi planı yoxdur. Azərbaycan beynəlxalq hüquq və mövcud reallıqlarla hesablaşan dövlətdir. 

Azərbaycan Qarabağda suverenliyini bərpa edib və sülh sazişini imzalamağa hazırdır. Lakin rəsmi İrəvan hər vəhclə sazişə imza atmaqdan yayınır. Bu baxımdan, Avropa İttifaqı missiyasının Ermənistanda artan sayı sırf Rusiya ilə bağlı olduğunu ehtimalk edə bilərik. Qərb uydurduğu versiya ilə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır. Bu isə Ermənistanla Rusiya arasındakı problemdir. Rəsmi Bakı bölgədə sabitlikdə maraqlıdır və bunu əməlində sübut edib. 

Siyasət şöbəsi