Dünya 16:02 29.06.2022

Qətərdə ABŞ-İran danışıqları davam edir

İran və ABŞ arasında Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar dünən axşam Dohada başlayıb və bu gün də davam edir.

Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, danışıqlar zamanı Avropa koordinatoru Enrike Mora Dohadakı oteldə ABŞ-ın baş müzakirəçisi Robert Mali ilə onun iranlı həmkarı Əli Baqeri arasında mesaj mübadiləsi aparır.

İran rəsmiləri danışıqların indiyədək yalnız Mora və Baqeri Kəni arasında və qalan məsələlərə texniki yanaşma ilə aparıldığını bildirib.

Həmçinin Baqeri Kəni ilə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali arasında gizli danışıqların aparıldığı barədə də təsdiqlənməmiş məlumatlar var.
 
Qeyd edilir ki Politico-nun müxbiri Lara Rosen də Qərb diplomatına istinadən Tvitter hesabında yazıb ki, Doha danışıqlarının ilk günü "ləng” keçib.

M.Arif