Xəbər lenti

“Qızılca fəlakətindən qorunmaq üçün məktəblər bağlanmalıdır” - Ekspert
Ölkə 14:24 30.11.2023

“Qızılca fəlakətindən qorunmaq üçün məktəblər bağlanmalıdır” - Ekspert

"Ölkədə qızılcaya yoluxananların sayı artır. Xəstəliyin əhatə dairəsinin genişlənməməsi və təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik tətil elan edilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov qızılca xəstəliyi səbəbindən məktəblərin bağlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Ekspert qeyd edib ki, təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında da yoluxma halları baş verib:



"Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, bir şagird bu xəstəlikdən dünyasını dəyişib. Koronavirus infeksiyası bitmədiyindən müxtəlif xəstəliklər formatında insanlara bulaşır. İnsanlar hələ də başa düşmək istəmir ki, biz pandemiya dövründə yaşayırıq".

Kamran Əsədov bildirib ki, məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirilməlidir: 

"Hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq və əsas məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->