Xəbər lenti

Qobustanda vəzifəli şəxs cərimələndi (FOTO)
Ölkə 19:39 18.09.2023

Qobustanda vəzifəli şəxs cərimələndi (FOTO)

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Ərəbqədim kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->