Xəbər lenti

İdman 17:03 26.10.2023

Qol sevinci göstərmək istədi, şalvarı cırıldı (VİDEO)

Mbappenin vurduğu qolu qeyd etmək "Mançester Siti”nin keçmiş futbolçusu Mika Riçardsa baha başa gəlib.

Qaynarinfo-nun məlumatına görə, bir televiziya verilişində PSJ-nin futbolçusu Mbappenin qol sevincini təkrarlamaq arzusunda olan Riçardsın bu istəyi alınmayıb. O, fransız superulduzun hərəkətini təkrarlamaq istəyərkən şalvarını cıraraq hamını heyrətləndirib.

O, daha sonra dostu Cimi Karragerin köməyi ilə gülərək yerinə oturub. "Liverpul”un keçmiş müdafiəçisi Riçardsın utandığını görəndə özünü saxlaya bilməyərək gülüb.

 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->