Xəbər lenti

Qüdrət Həsənquliyev: “Buna son qoyulmalıdır, özlərini hamıdan ağıllı bilirlər”
Siyasət 15:48 06.07.2023

Qüdrət Həsənquliyev: “Buna son qoyulmalıdır, özlərini hamıdan ağıllı bilirlər”

"Konstitusiyanı pozmaqadansa, bir referendum aktı keçirək. Konstitusiyanın fəaliyyətini onu tez-tez pozmaqdansa, hansısa müddətə dayandıraq. Bunun da adını "keçid dövrü üçün” qoyaq".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirb ki, Erkin Qədirlinin söylədiyi fikirlər nəzəri məsələdir:

"Bununla bağlı beynəlxalq təcrübəyə də istinad eləmək olar ki, bəli konstitusiya məhkəmələri bir çox hallarda konstitusiya və qanunların hansısa normalarının şərhini verə bilirlər, qanunların konstitusiyaya uyğunluğu ilə bağlı rəy verirlər. Amma hazırda qüvvədə olan konstitusiyaya görə, ombudsman məhkəmə aktlarının qanunlara və konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiyada belə yazılıb. Bu olduğu kimi də qanuna daxil olmalıdır.

Siyavuş Novruzov də qeyd elədi ki, onsuz da müraciətlərin sayı çox deyil ki, bu Konstitusiya Məhkəməsinin işini pozsun. Sadəcə olaraq əsas verəcəyik ki, həm camaat görsün konstitusiyaya əməl olunmur, həm də bizi kənardan tənqid edəcəklər, baxın, konstitusiyaya hörmət bundan ibarətdir. Ona görə də bu məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var ki, deputatlarn qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməldirlər. İzahat verməlidirlər ki, niyə konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır. Açıq söyləyirəm ki, bu izahatı vermirlər. Yəni bir dəfə bildirmişdilər ki, biz, cənab prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimzidən qaçıb. Yaxud konstitisuyaya diqqət yetirməmişik. Və ya konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz”.

Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir. Bu yanaşma dəyişilməldir. Bir dəfə mən "zoom" müşavirə keçirləndə də söylədim ki, yanaşma dəyişməldir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->