"Şahdəniz 2" konsorsiumunun qazın nəqlində TAP layihəsini seçməsi ilə bağlı açıqlama verən Türkiyənin enerji naziri Taner Yıldız, "TANAP boru kəməri ilə Türkiyədəki xəttlərin yaradılmasına qərar verilmişdi. NABUCCO əvəzinə TAP-ın seçilməsi Türkiyəyə təsir göstərməyəcək" deyib.
Qaynar.info-nun məlumatına görə, Yıldız bildirib ki, hələ də onların NABUCCO ilə əməkdaşlığı davam edir: "NABUCCO ilə əməkdaşlığımız davam edir. TAP-la da əməkdaşlıq məsələsini ayrıca müzakirə edəcəyik".
Türkiyəli nazir NABUCCO layihəsinin gələcəyinin də əməkdaş ölkələrlə müzakirə olunacağını söyləyib.
Qaynar.info
Şərhlər