Ölkə 16:23 01.07.2022

Quru yolların açılmamasının səbəbi cəmiyyətə izah edilməlidir - Ekspert

"Cəmiyyətdə quru sərhədlərin bağlı olması ilə bağlı narazılıq var”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin bağlanması ilə bağlı məlumatlardan danışarkən deyib. Ekspert bildirib ki, aidiyyatı qurumlar quru yolların açılmamasının səbəbini cəmiyyətə izah etməlidir:

"Bəzi qeyri-rəsmi məlumatlara görə, Naxçıvanın Türkiyə və İranla olan quru sərhədləri də bağlanıb. Bunun səbəbini əslində əlaqədar qurumlar izah etsələr, daha doğru olar. Qeyri-adi vəziyyət yaranıb. Cəmiyyətdən də quru sərhədlərin açılması ilə bağlı tələblər var. Dünyanın hər yerində quru sərhədlər açıqdır, Azərbaycanda yox”.

Bahar Rüstəmli