Xəbər lenti

Qvardiola xəstəxanaya yerləşdirildi
İdman 11:52 23.08.2023

Qvardiola xəstəxanaya yerləşdirildi

Şiddətli bel ağrısı səbəbindən təcili əməliyyata aparılan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər meydandan uzaq qalacaq.

Qaynarinfo-nun məlumatına görə, uzun müddətdir ki, bel problemi ilə mübarizə aparan mütəxəssis "Mançester Siti"nin "Nyukasl"la matçından sonra sonra "təcili əməliyyat" üçün Barselonaya göndərilib. 52 yaşlı çalışdırıcı klubun "Şeffild Yunayted" və "Fulhem"lə oyunlarında komandasının yanında olmayacaq. Onun yoxluğunda komandanın başına köməkçisi Junma Lilo keçəcək.

"Mançester Siti"nin saytında verilən açıqlamada deyilir: "Qvardiola bu gün belindəki problemə görə adi əməliyyat keçirdi. "Mançester Siti"nin baş məşqçisi son vaxtlar şiddətli bel ağrılarından əziyyət çəkirdi və bir müddət Barselonaya göndərildi. Təcili əməliyyat uğurlu keçdi və Pep indi Barselonada sağalacaq, həmçinin reabilitasiya keçəcək. Onun yoxluğunda baş məşqçinin köməkçisi Xuanma Lillo A komandasını Pep qayıdana qədər çalışdıracaq. Qvardiolanın beynəlxalq fasilədən sonra qayıtması gözlənilir. "Mançester Siti"də hər kəs Pepə tezliklə sağalmasını arzulayır. Biz onu tezliklə Mançesterdə görməyi səbirsizliklə gözləyirik”.

"Mançester Siti" 2023-24 mövsümünə yaxşı başlanğıc edib. Premyer Liqanın ilk iki oyununda "Börnli" və "Nyukasl"a qalib gələn son ölkə çempionu UEFA Superkubokunda "Sevilya"nı penaltilər seriyasında məğlub etməyi bacarıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->