XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rasim Əliyevin vəfatından 5 il ötdü (FOTO/VİDEO)
Ölkə05:57 09.08.2020

Rasim Əliyevin vəfatından 5 il ötdü (FOTO/VİDEO)

2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri, Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatından 5 il ötür.
Qaynarinfo xatırladır ki, Rasim Əliyev müalicə aldığı xəstəxanada avqustun 9-da vəfat edib. 
2015-ci ilin avqustun 8-də Rasim Əliyev "Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Bir gün sonra xəstəxanada dünyasını dəyişib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.
Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.
C.Hüseynovun işi ayrıca icraata götürülərək Səbael Rayon Məhkəməsində baxılıb. 2015-ci il mayın 31-də Səbael Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.
2016-cı il oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovu həbsdən azadlığa buraxıb.
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fazerikaktus%2Fvideos%2F375023643210610%2F&show_text=0&width=560" width="560" height="420" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">