İdman 15:23 14.06.2023

Rəşad Sadıqov bu futbolçuları "Zirə"də görmək istəmədi

"Zirə"də növbəti ayrılıqlar gerçəkləşib.

Qaynarinfo-nun məlumatına görə, klub 4 futbolçu ilə vidalaşıb. 

Belə ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donlad Gerye ilə müqavilə başa çatıb. Baş məşqçi Rəşad Sadıqov növbəti mövsümdən bu futbolçuların xidmətindən yararlanmaq istəməyib. 

Gerye qış fasiləsində "Zirə"yə dəvət olunmuşdusa, Sertan Taşkın 2020, Ruslan Abışovla, Mohamed Hamdaui 2021-ci ildən komandanın formasını geyinirdi.

Səbuhi Həsənov