Ekonomiks 19:14 07.02.2023

“Retro Holding”in zavodu məhkəməyə verildi

Şirvan şəhərində "Retro Holding” MMC-yə məxsus sement zavodu məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, "Retro Holding” İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub və Məcəllənin 518.1 maddəsi ilə ittiham edilir. Belə ki, şirkətə məxsus obyektin yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. 

Şirvan Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Ceyhun Mustafayev sədrlik edəcək.

Məhkəmədə təsdiqini taparsa, zavod bu maddəyə görə, 350 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.

Əhməd