Xəbər lenti

İdman 16:58 04.06.2023

"River Pleyt"in oyununda faciə: Matç yarımçıq dayandırıldı

Futbol üzrə Argentina çempionatının 19-cu turu çərçivəsində Buenos-Ayresdə baş tutan, "Ruver Pleyt" ilə "Defensa və Xustisiya" arasında keçirilən matç faciə səbəbindən yarımçıq qalıb.

Qaynarinfo "DSports Radio"ya istinadən xəbər verir ki, oyunun ilk yarısında tribunadan yıxılan azarkeşin öldüyü barədə məlumatlandıran referi görüşü dayandırıb.

15 metrlik hüdürlükdən düşdüyü və həmin anda həyatını itirdiyi üzə çıxan tərəfdarı heç kimin itələmədiyi bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qarşılaşmanın qalan 64 dəqiqəsinin nə vaxt oynanılacağı indilik bəlli deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->