Maqazin 14:33 08.09.2023

Röya konsertdən nə qədər qazanıb? (AÇIQLAMA)

Türkiyə sənət adamlarının Bakıda keçirdiyi konsertdən böyük miqdarda gəlir əldə etmələri ilə bağlı ölkə mətbuatında yayılan məlumatlar böyük müzakirəyə səbəb olur.

Qaynarinfo xəbər verir ki, onların arasında Ebru Gündəş, Hadisə və Mahsun Qırmızıgülün adları keçir. Məsələn, bu yaxınlarda Bakıda qonaq olan Türkiyəli müğənni Hadisə "Dalğa Beach”də açıq havada konsert verib və tədbirdən 5 milyon TL (328000 manat) qazanıb. Bundan əlavə Ebru Gündeş də keçirdiyi konsertdən Türkiyəyə 2.5 milyon lirə döndüyü bildilir.

Bəs, Azərbaycanda 3 günlük konsert layihəsi ilə çıxış edən, Xalq artisti Röya Ayxan nə qədər pul qazanıb? Müğənninin mətbuat xidmətinin rəhbəri Elvin Elxan Qaynarinfo-ya açıqlamasında bildirib ki, Röya Ayxan üçgünlük "Biri var” adlı solo konsertindən əldə olunan vəsaitlə bağlı məlumat vermək istəmir: 

"Azərbaycan estrada sənətində Röya Ayxandan başqa kassa dolduran müğənni yoxdur. Bütün  biletlər satılmışdı, bir yer boş deyildi. Röya  Azərbaycanda yeganə müğənnidir ki, konsert biletlərinin üstündə dava gedir. Biz düşündük ki,  konserti dördüncü gün də keçirsək ki, bilet almayan insanlar kənarda qalmasın. Təəssüf ki,  buna nə zaman, nə də enerjimiz qalmamışdı.  Konsert başdan ayağa şoudan ibarət idi, Röya xanım da fiziki olaraq çatdıra bilmirdi”. 

Müğənninin sözçüsü onun 25 ildir ki, sənətdə olduğunu vurğulayıb:

"Bu illər ərzində konsertdən gəlir əldə edib, heç bir zaman konsertdən ziyanla çıxmayıb. Biz  iddia etmirik ki, batdıq, pul qazana bilmədik, Röya xanım qazanmasa ildə iki dəfə konsert verər? Büdcə açıqlanmır. Röya xanımın xarakterinə zidd olduğu üçün büdcəni açıqlamırıq. Əlbəttə ki, gəlir əldə olunub”. 

Bahar Rüstəmli