Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, forvard 2026-cı il dünya çempionatında da oynamağı planlaşdırır. Jurnalist qeyd edir ki, Ronaldo klub rəhbərliyinə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istədiyini bildirib.
Qeyd edək ki, Ronaldo 2 yanvar 2023-cü ildə "Əl-Nəsr"ə keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Sözləşmədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da var.
Aydın
Şərhlər