Xəbər lenti

İdman 16:01 06.11.2023

Ronaldo jurnalistin sualına məhəl qoymadı (VİDEO)

Tayson Fyuri və Frensis Nqannu arasında keçiriləcək döyüşün təqdimat videosunda Kriştiano Ronaldo rol alıb.

Qaynarinfo-nun məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək boks döyüşün təbliğatını portuqaliyalı superulduz aparıb. 

Tanıtım videosunda mətbuat konfransı zamanı "Fyuri ilə qarşılaşmada Fransisin şansları haqqında nə düşünürsünüz?" soruşan jurnalistə portuqaliyalı ulduz "Növbəti sual" deyərək məhəl qoymur. 

Ronaldo döyüş idmanlarının pərəstişkarı olmasına və bu böyük matçı canlı şəkildə izləmək istəməsinə baxmayaraq həmin gün onun komandası "Al-Nassr"ın "Al-Feiha" ilə matçı işləri çətinləşdirir.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->